Cənubi Koreyanın Pusan şəhərində tikilməkdə olan oteldə güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər həyatını itirib.
Yanğın bu gün yerli vaxtla 11 radələrində "Banyan Tree" otelində başlayıb. Dərhal hadisə yerinə yollanan yanğınsöndürənlər ərazidə olan 100-dən çox işçini təxliyə ediblər. Tikilinin damında ilişib qalan 14 nəfər helikopter vasitəsilə xilas olunub.
Qeyd edək ki, 127 yanğınsöndürən maşın və 352 xilasedicinin iştirak etdiyi əməliyyatda daha 7 nəfər yanğın xəsarəti alıb.
L.Tağıyeva