|
|
|
|
İsrail Ordusu Qəzzanın cənubunda israil hərbçilərinə yaxınlaşan bir qrup silahlıya pilotsuz uçuş aparatından (PUA) zərbə endirib.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Fələstin mediası PUA zərbəsi nəticəsində 3 HAMAS üzvünün öldüyü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi fələstinliləri bir daha israilli hərbçilərin olduğu rayonlara yaxınlaşmamağa çağırıb.