|
|
|
|

Bu gün yerli vaxtla 05:36-da (Bakı vaxtı ilə 04:30) Hindistanın paytaxtı Dehlidə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ paytaxtda Rixter şkalası ilə 4 bal gücündə hiss olunub.
Zəlzələnin episentri Dehlinin ərazisi, ocağı isə 5 km dərinlikdə yerləşib.
Titrəyişlər bir neçə saniyə davam edib və insanların, əsasən də hündürmərtəbəli binaların sakinlərinin ciddi təşvişinə səbəb olub.
Qeyd edək ki, dağıntı və insan itkisi barədə hələlik məlumat verilmir.
Yeri gəlmişkən, 1720-ci ildən indiyə kimi Dehli və ətraf rayonlarda 5,5-6,7 bal aralığında cəmi 5 güclü zəlzələ qeydə alınıb.
L.Tağıyeva



