|
|
|
|

Argentinanın cənubundakı Pataqoniya bölgəsində bir müddətdir təsirli olan meşə yanğınlarında 37 min hektar ərazinin külə döndüyü bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, ölkənin əhəmiyyətli turizm bölgələrindən biri olan Pataqoniyada iki milli parkda başlayan meşə yanğınları indiyə qədər 37 min hektarlıq ərazini külə çevirib.
Prezidentin sözçüsü Manuel Adorni mövzu ilə bağlı verdiyi açıqlamada, "Prezident bölgəmizdəki fəlakətlərlə daha yaxşı mübarizə aparmaq üçün Milli Təhlükəsizlik Nazirliyi nəzdində Federal Fövqəladə Təşkilatın yaradılmasına qərar verdi" deyib.
Argentinanın təhlükəsizlik naziri Patricia Bullrich də agentliyin əhəmiyyətini vurğulayaraq deyib:
"Hazırda milli səviyyədə təkcə fövqəladə hallar, fəlakətlər, yanğınlar və ya daşqınlarla məşğul olan 12 müxtəlif struktur var. Bu agentliklər ölkə ərazisində baş verən fövqəladə halların hər birinə real vaxt rejimində və effektiv cavab verməyi təmin edəcək".
Malik Atilay



