|
|
|
|

Cənubi Koreyada əhalinin sayının azalması səbəbindən əsasən kənd yerlərində olan 49 məktəb ilin sonuna qədər bağlanacağı bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, “The Korea Herald” qəzeti yazır ki, Cənubi Koreyada məktəb yaşlı əhalinin azalmasının təsiri bu il də davam edib.
Təhsil Nazirliyi müxtəlif bölgələrdə təhsili davam etdirmək üçün kifayət qədər şagird olmadığı üçün 49 məktəbin bağlanacağını açıqlayıb.
Bildirilib ki, ibtidai, orta və ali məktəblər də daxil olmaqla, sözügedən məktəblərin əksəriyyəti kənd yerlərində yerləşir.
Malik Atilay



