|
|
|
|
Bu gün “gov.az” domeni ilə fəaliyyət göstərən saytlara girişdə məhdudiyyət yaranıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, girişin məhdudlaşdırılmasına səbəb həmin saytlara müxtəlif kiber hücumların qarşısını almaq məqsədilə görülən profilaktik tədbirlərdir.
Texniki problemlər aradan qaldırılır.
Yaxın saatlarda saytlara sərbəst giriş mümkün olacaq.