|
|
|
|

ABŞ-də Cerri Smit adlı birisi 4 il özünü korluğa vuraraq dövləti aldadıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı Florida sakini 2017-2021-ci illərdə veteranların işi üzrə nazirlikdən 245 min dollar müavinət alıb.
Qocanın əməlinin üstünün necə açıldığı barədə məlumat verilmir. Amma onun özünü korluğa vuraraq dövləti aldatması dəqiqdir.
Qeyd edək ki, törətdiyi əmələ görə Smiti 18 illik həbs cəzası gözləyir.
L.Tağıyeva



