https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
search
2 May 2024

Daniel Alveş "Barselona"dan getdi

Daniel Alveş "Barselona"dan getdi

"Barselona"nın müdafiəçisi Daniel Alveş komandadan ayrılıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi xəbərə görə, bu barədə klubun texniki məsələlər üzrə katibi Robert Fernandez məlumat verib.

Alveşin qərarına hörmətlə yanaşdıqlarını bildirən klub rəsmisi deyib: "Alveş komandadan ayrılmaq qərarı verdi. Bu, tamamilə onun şəxsi qərarı oldu. Hörmətlə yanaşırıq. Neymar isə uzun müddət "Barselona"da oynayacaq. Maskeranonun da komandada qalacağını düşünürəm".

Fernandez Alveşin mövqeyinə yeni futbolçu transfer etməyəcəklərini bildirib: "Sağ mövqeyə yeni futbolçu transfer etməyəcəyik. Bartra yaxşı futbolçudur və daha çox oynamalıdır. Aleyks Vidalı da sağ cinahda oynatmaq üçün transfer etmişik. Serji Roberto da bu mövqedə oynaya bilər".

Qeyd edək ki, "Barselona"dan ayrılan Alveşin "Yuventus"la 3 illik müqavilə imzalayacağı gözlənilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.