Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Talib Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, T. Rifai BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə təltif edilib.