Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqvanın andiçmə mərasimi keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Timsah” ləqəbli E. Mnanqaqva 2018-ci ilin avqustunda keçiriləcək növbəti prezident seçkilərinədək Zimbabveyə rəhbərlik edəcək.
Qeyd edək ki, E. Mnanqaqvadan əvvəl Robert Muqabe 37 il Zimbabveyə rəhbərlik edib. R. Muqabe noyabrın 21-də parlamentin impiçment qərarından sonra istefa verib.