|
|
|
|
Rusiyada Sovet İttifaqının dağılmasından təəssüflənənlərin sayı 2009-cu ildən bəri ən yüksək həddə çatıb.
APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu, “Levada" Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsində müəyyənləşib.
Sorğuda iştirak edənlərin 58 faizi SSRİ-nin dağılmasından təəssüfünü bildirib. Respondentlərin cəmi 25 faizi SSRİ-nin xiffətini çəkmir, 16 faizi isə cavab vermək istəməyib.