2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar bu gündən stansiyasının əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanır.
525.az-ın metropolitenin saytına istinadən məlumatına görə, tikinti müddəti ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcək.