|
|
|
|
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sammitin əvvəlində qısa təkbətək görüş keçirmək niyyətindədir.
APA-nın xəbərinə görə, bu barədə “Blumberq” Trampın ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
D.Tramp bundan əvvəl KXDR liderinin nüvəsizləşdirilmə ilə bağlı ciddi niyyətinin olub-olmamasını görüşün ilk dəqiqəsində müəyyən edəcəyini bildirmişdi.
Qeyd edək Donald Tramp-Kim Çen In görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.