|
|
|
|
Moldova prezidenti İgor Dodonun korteji qəzaya uğrayıb.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, Dodonun vəziyyəti normaldır, tibbi yardıma ehtiyac olmayıb.
Moldova prezidentinin müşaviri Maksim Lebedinski "Facebook" sosial şəbəkəsində bildirib ki, Kişinyov-Karalaş avtomobil yolunda prezidentin kortejinin iştirakı ilə yol qəzası baş verib: "Prezident İgor Dodon özünü yaxşı hiss edir, onun tibbi yardıma ehtiyacı olmayıb".
Lebedinskinin sözlərinə görə, qəza yol-hərəkət qaydalarını pozan avtomobilin prezidentin kortejinə çırpılması nəticəsində baş verib.