|
|
|
|
ABŞ Prezidenti Donald Tramp 1 dekabr tarixində keçiriləcək Meksika prezidentinin inauqurasiya mərasimində iştirak etməyəcək.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Tramp Meksika prezidenti Andres Obradorla telefon danışığında bildirib.
O öz yerinə vitse-prezident Mayk Pensi göndərəcəyini bəyan edib.
Obrador Trampla sərhəddə divarın tikintisi məsələsini müzakirə etmədiyini bildirib. Əvəzinə tərəflər qanunsuz miqasiya ilə mübarizə üçün sərmaye proqramlarını müzakirə edib.