|
|
|
|
Tayland Asiyada eynicinsli nikahların leqallaşdırıldığı ilk ölkə ola bilər.
Trend-in məlumatına görə, bunu nəzərdə tutan qanun layihəsi bu ilin sonunadək müzakirəyə çıxarıla bilər.
Qeyd olunur ki, Taylandda 2015-ci ildə cinsi azlıq nümayəndələrinin şirkətlərdə ayrı-seçkiliyə məruz qalmasını qadağan edən qanun qəbul edilmişdi.
Bundan başqa, Tayvanda da eynicinsli nikahların leqallaşdırılmasını nəzərdə tutan qanun yaxın iki il ərzində qəbul edilə bilər.