"Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində gənclər arasında sorğu keçirilir.
Sorğunun keçirilməsində əsas məqsəd region gənclərinin ölkədə həyata keçirilən gənclər siyasəti, mövcud imkanlar haqqında məlumatlılığını ölçməklə yanaşı onların fərdi inkişafına daha effektiv xidmət etmək, istəklərini təmin etmək, ictimai fəalliyyətə cəlb etmək məqsədilə təkliflərini əldə etməkdir.
İlk mərhələsi keçirilən sorğu zamanı gənclərəgənclər siyasəti, onları narahat edən problemlər, maraq dairələri, arzu etdikləri fəaliyyətlər və s. ətrafında suallar verilib.
Sorğu cari ilin 3 noyabr tarixinədək davam edəcək. Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, sorğunun nəticələrinə əsasən, “Odlar Yurdu” Gənclər İBGəncədə gənclərinin maraq dairəsində olan mövzularda, onların arzu və istəklərinə əsaslanaraq fəaliyyət növləri seçəcək və daha aktiv fəaliyyət göstərəcək.
Sorğunun keçrilməsində “Odlar Yurdu” GİB-in 10 nəfər fəal gənc könüllü komandası iştirak edir.