|
|
|
|
Mərkəzi Amerika ölkələrindən ABŞ sərhədinə kimi gələn miqrantların bəziləri sərhəd hasarına çıxıblar.
Trend-in məlumatına görə, hadisə çərşənbə günü baş verib.
Miqrantlar bir müddət hasarda oturublar. Onlardan biri hətta ABŞ sərhədini keçib, lakin sonra yenidən qayıdıb.
Hadisə yerində ABŞ-ın sərhəd mühafizəsi zabitləri miqrantları müşahidə ediblər.