|
|
|
|
Dünən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan ictimai şuranın təqdimatı keçirilib.
KOBİA idarə heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, ictimai şuraya qeyri-hökumət və ictimai təşkilatlardan 15 nümayəndə daxildir.
İctimai Şuranın sədri Azərbaycan nar istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Fərhad Qaraşov seçilib.
İctimai şuraya üzv seçilən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov isə bildirib ki, AZTA ictimai təşkilat olaraq, daima kiçik və orta sahikarlığın səmərəli inkişaf etdirilməsinə, eləcə də KOBİA-nın fəaliyyətinə töhfə verməyə hazırdır.
"İnanıram ki, Azərbaycan Turizm Assosiasiyasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında yaradılan ictimai şuraya üzv seçilməsi həm turizm sahəsində fəaliyyət göstərən sahibkarlara, həm də onların qarşılaşdığı problemlərin səmərəli həllinə yardım edəcək", - deyə N.Bağırov qeyd edib.
CEYHUN