|
|
|
|
Ermənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir.
Trend-in məlumatına görə, bunu erməni ekspert Armen Ayvazyan deyib.
O bildirib ki, Silahlı Qüvvələrin real ehtiyatının olmaması bir çox mütəxəssislərdə narahatlıq doğurur, lakin problemin həlli üçün hakimiyyətin hər hansı fəaliyyəti müşahidə olunmur:
"Uzunmüddətli müharibədə Azərbaycan qarşısında davam gətirə bilmək üçün peşəkar ehtiyat hissələr yaratmaq lazımdır".
A.Ayvazyan qeyd edib ki, əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər:
"Anlamaq lazımdır ki, döyüş fəaliyyətinin bərpası ilə bağlı təhlükə hər an var".