|
|
|
|
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür.
Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib: "Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir".