|
|
|
|
Dünən Bakıda "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi" layihəsi üzrə ilk plenar iclas olub.
Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, tədbir Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və "Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi" layihəsini həyata keçirən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyəti, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, ölkə qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə edilib.
C.ABASOV