|
|
|
|
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları, əldə olunmuş məlumat əsasında Xaçmazda yoxlama aparıblar.
AQTA-dan verilən məlumata görə, rayonun Armud Padar kəndi ərazisinin meşə zolağında “Köhnə asvalt zavod” adlanan əraziyə baxış zamanı 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başları, ayaqları və digər hissələri aşkar ediblər.
İlkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.
AQTA vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə 1003 nömrəli Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.
C.ABASOV