|
|
|
|
Avqustun 1-də Azərbaycan Dövlət Pedaqoji Universietinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, ADPU-nun rəhbərliyinin, LEAD Education Tədris Mərkəzi və “Yurd Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə 1-8 avqust 2019-cu il tarixlərində ADPU-nun Quba Filialında təşkil ediləcək “Gələcəyin Qurucuları - II” adlı Yay Liderlik Məktəbinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, layihənin Təşkilat Komitəsinin sədri Sahil Qələndərov çıxış edərək yay məktəbinin artıq ikinci dəfə TGT tərəfinfən təşkil edilidiyini, ayrıca, 2017-ci ildə də “ADPU Survivor” adlı Qafqazda ilk 12 günlük ekstremal düşərgəsinin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov tələbələrə və layihənin işinə uğurlar arzulayıb, ADPU-nun rəhbərliyinin həmişə istedadlı tələbələrin təşəbbüslərini dəstəklədiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, yay liderlik məktəbi ADPU-nun 5 filialının tələbələri və eləcə də Bakı şəhərindəki 1 nömrəli tədris binasında təhsil alan tələbələri arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır.
Daha sonra layihənin iştirakçıları Qubaya yola salınıb.