|
|
|
|
AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev beynəlxalq konfransda iştirak edəcək.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzindən AZƏRTAC-a bildirilib ki, akademik martın 23-24-də Romada keçiriləcək “Kimya və kataliz tədqiqatlarında ən yeni innovasiya və nailiyyətlər” mövzusunda beynəlxalq konfransa əsas məruzəçi kimi dəvət olunub.