|
|
|
|
Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə böhranlı regionlardakı vəziyyət və strateji sabitlik barəsində fikir mübadiləsi aparılıb.
Bundan başqa, tərəflər hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə olunub.