|
|
|
|
Gürcüstanda 10 tibb işçisində yeni növ koronavirusa yoluxma təsdiqlənib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O bildirib ki, virusun tibb müəssisələrində yayılmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsinə başlanılıb.
Qeyd edək ki, Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 296 nəfərə çatıb, onlardan 69-u sağalıb.