|
|
|
|
“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsi hazırlanacaq.
525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Nazirlər Kabineti bu müddət ərzində resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısını, transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir. Eyni zamanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını, donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını, xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının formasını, resipiyentin gözləmə vərəqəsinin formasını və tərtib olunma qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.