|
|
|
|
“Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçənilki nəticə ilə ikinci mərhələdə iştirak edə bilərlər”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, magistraturaya qəbul üçün iki dəfə şans veriləcək:
“İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək”.