|
|
|
|
“Taliban” hərəkatı Əfqanıstanın 174 rayonunda nəzarəti ələ keçirdiyini bildirib.
525.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının Moskvada səfərdə olan nümayəndə heyətinin rəhbəri Şahabuddin Delavar məlumat verib. “Hazırda Əfqanıstanın 174 rayonu faktiki olaraq İslam Əmirliyinin nəzarəti altındadır. Vurğulamaq istəyirik ki, bu uğurlar tək silah gücü ilə izah oluna bilməz. Xalq Əfqanıstan İslam Əmirliyindən razıdır və onu alqışlayır”, - deyə o bildirib.
Əfqanıstan ərazisinin 85 faizinin “Taliban” hərəkatının idarəsi altına keçdiyini deyən Şahabuddin Delavar beynəlxalq təşkilatları həmin ərazilərdə işlərini davam etdirməyə çağırıb.
Onun sözlərinə görə, Kabil ABŞ əsgərlərinin geri çəkilməsi fonunda “Taliban” hərəkatına əməkdaşlıq təklifləri ilə müraciət edir. Dohada aparılan danışıqlar müsbət nəticə verərsə, hücumlar dayandırılacaq.