|
|
|
|
Yer kürəsindəki kimi əyilmiş oxlu planetlərin bitki və heyvan kimi kompleks həyat formalarına ev sahibliyi etmə ehtimalı daha yüksəkdir.
525.az xəbər verir ki, NASA tərəfindən maliyyələşdirilən yeni bir araşdırmanın nəticələri “Goldşmidt” Geokimya Konfransında təqdim edilib. Tədqiqat ulduzlar ətrafında əyilmiş fırlanma oxu ilə dövr edən planetlərin atmosferində oksigenin varlığı ehtimalının daha yüksək olduğunu ortaya qoyub. Elm adamları dünyadakı oksigen istehsalı üçün lazımi şərtlərin inkişaf etdirilməsi zamanı fırlanma oxunun əyilməsinin buna təsirini kəşf ediblər. Həmçinin astronomlar düşünürlər ki, bir planetin ulduzundan uzaqlığı onun həyat üçün əlverişli olub-olmadığını göstərir.Ulduzunun yerləşməsi baxımından “Goldilocks Zonası”nda yerləşən bir planetin səthində maye suyun mövcud ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Yerin fırlanma oxunun sabit müstəviyə 23 dərəcə əyilməsi, fəsillərin meydana gəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Firuzə Əliyeva