|
|
|
|
İtaliyada özünü kardinal kimi göstərərək iş adamlarını aldadan və 1.7 milyon mənimsəyən dələduz dəstə polis tərəfindən tutulub.
525.az xəbər verir ki, paytaxt Romada həyata keçirilən əməliyyatda 5 nəfər fırıldaqçılıq ittihamı ilə nəzarətə alınıb. Şübhəlilərin Katolik kilsəsinin ən yüksək dini rütbəsi olan kardinallar və ya keşişlər üçün nəzərdə tutulan xüsusi geyimi geyinərək özlərini "Vatikanın vasitəçisi" kimi təqdim etdikləri bildirilir.
İtalyan mətbuatında yer alan xəbərlərə görə, dəstə maliyyə çətinliyi olan iş adamlarına Vatikan bankından sərfəli kreditlərdən istifadə etməyi vəd edirdi.
Dəstə, bir iş adamını aldatmağa çalışarkən tutulub.
500 min avro kredit vədi ilə 15 min avro nağd pul aldıqdan sonra arxa qapıdan qaçmağa çalışan dəstə üzvləri keşiş paltarında gizlənən polislər tərəfindən nəzarətə alınıb.
El Roman