|
|
|
|
İngiltərə millisinin sabiq üzvü Cermeyn Defo Şotlandiyanın “Reyncers” klubundan ayrılıb.
525.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Defonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 39 yaşlı hücumçu 2019-cu ilin yanvarından “Reyncers”də çıxış edirdi. O, daha əvvəl “Tottenhem”, “Sanderlend”, “Bornmut” kimi komandalarda da oynayıb.