|
|
|
|
İranda ötən ay ərzində Tehran şəhər magistral yollarında avtomobillərə daş atan şübhəli şəxs həbs edilib.
525.az APA-ya istinadən xəbər verir ki, hadisənin araşdırılması üçün 50 əməliyyatçı cəlb edilib.
Polis şübhəlinin yollarda quraşdırılmış müşahidə kameralarındakı qeydlər vasitəsilə müəyyənləşdirib.
Bildirilib ki, saxlanılan şəxs Tehran şəhər yollarında daş atmaqla 2 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına və 8 avtomobilin ziyan görməsinə səbəb olub.