|
|
|
|
Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb.
525.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Üzərliktəpə, Qullərtəpə və Yedditəpə kimi arxeoloji abidələrin qorunması üçün addımlar atılıb: “Üzərliktəpədə arxeoloji qazıntılar təşkil olunub. Hazırda Füzulidəki Yedditəpədə qazıntı işləri aparılır”.
Nazir o cümlədən, işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət abidlərinin qorunması və bərpası ilə bağlı yol xəritəsinin təsdiqləndiyini vurğulayıb: “Bu yol xəritəsi yerli və xarici ekspertlərlə birgə işlənərək hazırlanıb. Bərpa prosesi 6 mərhələdən ibarətdir”.