|
|
|
|
“Türkiyə-Azərbaycan əlaqələrinin dünyada bənzəri yoxdur”.
525.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviterdə yazıb.
O, Azərbaycan xalqını təbrik edib: “Tək millət, iki dövlət düsturu təkcə şüar yox, həm də qardaşlığımıza istiqamət verən prinsipdir”.