|
|
|
|
Dövlət İmtahan Mərkəzində 18 noyabr 2022-ci il tarixində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Mərkəzdən 525.az -a bildirilib ki, hər iki fənn üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Sevinc Qarayeva