|
|
|
|
Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.