|
|
|
|
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib.
525.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Belə ki, Məcəlləyə yeni 253-1-di maddə (Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi) əlavə olunub.