|
|
|
|

Tailandın şərqində, Praçinburi əyalətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 18 nəfər həyatını itirib.
Paytaxt Bankoqun 120 kilometrliyində baş verən qəzada daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.
Yerli jurnalistlərin verdiyi məlumata görə, 200 turistdən ibarət 3 avtobus Rayonq kurort zonasına gedərkən, karvanda sonuncu avtobus idarəetməni itirib. Beton sədlərə dəyən avtobus yolun kənarına aşıb.
Qeyd edək kiə, qəza zamanı avtobusda 47 sərnişin və 2 sürücü olub.
L.Tağıyeva



