
Hindistanın Andhra Pradeş ştatında fillərin hücumu nəticəsində 5 nəfər həlak olub.
525.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, səlahiyyətlilər "Maha Şivaratri" festivalına gedən bir qrup insana meşə ərazisində fil sürüsünün hücum etdiyini açıqlayıb.
Hadisə nəticəsində fillərin altında qalan 5 nəfər yerindəcə həyatını itirib, yaralılar isə xəstəxanaya çatdırılıb. Səlahiyyətlilərin verdiyi məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Malik Atilay



