|
|
|
|
Dünən "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarına start verilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycanı bu növdə iki badmintonçu – Kamran Rzayevlə Orxan Qələndərov təmsil edir.
İlk tur idmançılarımız üçün uğursuz alınıb.
K.Rzayev təklərin yarışında Mişa Zilbermana (İsrail) 0:2 (21:5, 21:3) hesabı ilə uduzub.
K.Rzayev O. Qələndərovla birlikdə cütlərin turnirində Əmrə türkiyəli Vural/Sinan Zorlu ilə qarşılaşıb. Bu oyunda idmançılarımız 0:2 (7:21, 14:21) hesabı ilə məğlub olub.