|
|
|
|
Azərbaycanın daha bir boksçusu – Elvin Məmişzadə “Bakı-2015” ilk Avropa Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
525.az-ın AzərTAc-a istinadən yaydığı məlumata görə, Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə əldə etdiyi növbəti qələbədən sonra keçirdiyi döyüşlə bağlı təəssüratlarını bölüşüb:
“Döyüş çətin keçdi. Rəqibim fiziki cəhətdən çox güclü idi. Sonuncu raundda çox yoruldum. Buna baxmayaraq, mən qalib gəldim və yarımfinala keçdim.
Çalışacağam ki, finalda da qələbə qazanaraq bayrağımızı yüksəldim. Bu, ilk Avropa Oyunları olduğundan qızıl medal qazanaraq tarixə düşmək lazımdır”.