Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul rayonunda Şirvan, Hacıqabul və Qobustan rayon sakinlərini qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 1) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. DQİDK-nın bölgə şöbə müdiri: Azər Sadıqov
Telefon: (02121) 5-21-30, Mob: (050) 599-80-69, e-mail: [email protected].