Parlamentin Elm və təhsil komitəsinin sədr müavini, professor Bəxtiyar Əliyev uşaq bağçalarının, bütövlükdə məktəbəqər təhsil müəssisələrinin lisenziyalaşdırılmasının tərəfdarı deyil.
Komitə sədrinin müavini bu fikri Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 14-də keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı dilə gətirib.
Onun sözlərinə görə, "Liseniziyalr və icazələr haqqında" lisenziya tələb olunan fəaliyyət növləri sırasına məktəbəqər təhsil müəssisələri, uşaq bağçaları da daxil edilib:
"Bu, mənə elə gəlir ki, əslində düzgün deyil. Ümumiyyətlə, bu məsələdə konkretlik olmalıdır, yəni, baxılmalıdır ki, bu, xüsusi razılıqlamı, yoxsa, icazə iləmi olsa, daha yaxşı olar..."
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə məsələyə fərqli yanaşıb. "Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU