|
|
|
|
Orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlər 22 avqust 2016-cı il tarixindən 30 avqust 2016-cı il tarixi saat 17.00-dək qəbul olduqları təhsil müəssisəsində müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentin qeydiyyatdan keçməməsi bu ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
TQDK-nın mətbuat xidmətindən Modern.az verilən məlumata görə, nəticələr açıqlanandan sonra orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri olarsa , sentyabrın 1-dən 4-nə qədər olan müddətdə boş qalan yerlərə əlavə qəbul aparılacaq.
Əlavə qəbul üçün lazımi məlumatlar “Abituriyent” jurnalının növbəti buraxılışında dərc olunacaq.