Milli Məclisin (MM) payız sessiyası çərçivəsində komitə iclasları öz işinə başlayır.
MM-dən APA-ya verilən məlumata görə, sentyabrın 8-da ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək.
Daha sonra digər komitələrin iclaslarına start veriləcək.
Sentyabrın 30-da isə MM-in payız sessiyasının ilk plenar iclası olacaq.