“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında gənc heykəltəraşlar Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin əsərlərindən ibarət “Rahat keyləşmə” adlı qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də açılacaq sərgidə metal, daş və taxtadan hazırlanmış sənət əsərləri nümayiş olunacaq.
Layihənin məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.
Oktyabrın 16-dək davam edəcək sərgini hər kəs ziyarət edə bilər.