Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Zemfira Qafarova və Zəhraxanım Quliyevaya Prezidentin fərdi təqaüdü verilib.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib:
“Xalq artisti”
Şərifov Munis Məmməd İsmayıl oğlu
“Əməkdar incəsənət xadimi”
Kərimova Ülviyyə Oqtay qızı Lalayev Əliqismət Hümmət oğlu Səlimxanov Cahangir Talib oğlu Yablonski Dmitri Albertoviç
“Əməkdar artist”
Abdullayev Nizami Ağabala oğlu Bağırova Aybəniz Cavad qızı Cəfərov Vasif Faiq oğlu Növrəsli Nurlan Növrəs oğlu
“Əməkdar müəllim”
Manafov İkram Atabala oğlu Orucova Məhin Əli qızı “Əməkdar mədəniyyət işçisi”
Bədəlov Yanvar Piralı oğlu Həsənov Zaman Hüseyn oğlu Hüseynli Rauf Eyyub oğlu.