https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

Qurban Qurbanov: “Əgər belə hərəkət edibsə...”

Qurban Qurbanov: “Əgər belə hərəkət edibsə...”

"Maraqlı oyun oldu. Bizim üçün çox vacib matç idi. Komandamı təbrik edirəm. "Qəbələ" ilə həmişə yaxşı münasibətimiz olub. Onlara uğurlar arzu edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 13-cü turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Şahruddin Məhəmmədəliyev etdiyi qeyri-etik jestlərə görə cəzalanacaq?

- Onun jestlərini görməmişəm. Əgər olubsa, mütləq cəzalanacaq. Mənim komandamda belə bir şey ola bilməz.

- Qriqorçuk hakimlikdən narazıdır. Bəs, siz hakimlikdən razı qaldınız?

- Mən heç vaxt hakim haqda danışmıram. Belə oyunları idarə etmək asan deyil. Konkret epizodları soruşsanız, fikrimi deyərəm.

- Rəqib komanda cərimə zərbəsini yerinə yetirəndə düşünürdüz ki, hakim oyunu bitirəcək?

- Həmin an mən istəyərdim ki, oyun bitsin. 10 nəfərlə qalmışdıq. Top oyunda olduğuna görə hakim oyunu bitirmədi.

- Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmamışdı. Qol sevincini bölüşərkən onu orda gördükdə təəccüblənmədiz?

- Orda ara qarışmışdı. Mən heç kəsə fikir vermədim.

- Buraxdığınız qolda kimin səhvi var idi?

-  Şehiçlə Elvin bir-birlərinə arxayın oldular.

- Yaş limitinin təsiri var?

- Bu, tək bizdə yox, bütün komandalarda hiss olunur. Rəqibə görə bu dəyişir. Elə oyun olur ki, Coşqun Diniyevi oyuna buraxıram, elə vaxt olur ki, Namiq Ələsgərovu. Bu gün də Mahirə şans vermişdim.

- Oyun istədiyiniz kimi alındı?

- İlk hissəyə istədiyimiz kimi başladıq. İkinci hissədə “Qəbələ” təzyiqi artırdı. Bir səhvdən qol buraxdıq. Ümumi 90 dəqiqəni götürsək, oyunumuzun alındığını düşünürəm.

- Mətbuat konfransına gələndə qəzəbli idiz. İndi isə gülürsüz. Səbəbi nədir?

- Mənim mimikalarıma niyə fikir verirsiz? (gülür) Sizin suallarınızdan sonra mimikam dəyişdi.

- Arif Daşdəmirovun oynamamağı “Slovan”la görüşdəki səhvləri ilə bağlıdır?

- Həmin oyunda müdafiəçilər hamısı səhvlər etmişdi. Əgər o oyundakı səhvləri nəzərə alsaydım, bütün müdafiəçiləri dəyişərdim.

- Qara Qarayevin ehtiyatda olmasının səbəbi nə idi?

- Konkret bir səbəb yoxdur. Bu gün belə etdik. Növbəti oyunlarda Qara meydanda olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.